Ru
11:18 / 11 May 2022

Hamınızı dəstək olmağa çağırıram - Şərif Ağayar oxuculara müraciət etdi

4374

Bir dəfə efirdə qadın haqlarından, azad münasibətlərdən, vətəndaş nikahından yekə-yekə danışırdım. Xanım dostum mənə yazdı ki, axı özün bu dediklərinə əməl eləmirsən. Zarafatla dedim, sən bilmirsənmi bu mövzular mətbuatda hava atmaq üçündür? Xeyli güldü.



Kitab da bəzən bu cür pafoslu nitqlərin predmetinə çevrilir, əməli işə gələndə əlini daşın altına qoyan adamların sayı xeyli azalır.


Həftə sonu - mayın 14-15-i Sumqayıtın Kimyaçılar Parkında Milli Kitab Sərgisi keçirəcəyik. Yazarlı, jurnalistli, oxuculu bütün hamını tədbirə dəstək olmağa çağırıram.


Xəbər verək, yayaq, paylaşaq, iştirak edək...

Bir kitab sərgisi bir xalqın ən adekvat mədəni göstəricisidir. Kitabın yanında olaq, kitabla olaq. Yan-yörəmizdəki xalqlardan geri qalmayaq. Çoxumuzun haqlı olaraq tənqid etdiyi İranda kitab sərgisində olmuşam, heyrətdən gözlərim kəlləmə çıxıb.


Nəyimiz əskikdir onlardan?


Yazıçımızmı, oxucumuzmu, şəhərimizmi, millətimizmi? Əlbəttə, heç nəyimiz. Amma bu əskik olmamağı əməldə göstərməliyik. Abasqulu bəy demiş, özüm də orda olacam. İki gün səhərdən axşamacan. İnanıram ki, əl-ələ verib əla bir sərgi keçirəcəyik.

Proqram barədə də məlumat verəcəyik.


Bayramımız mübarək!



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər