Ru
20:22 / 19 Noyabr 2022

Sərxoş piyadanı maşın vurub öldürdü

Sərxoş piyadanı maşın vurub öldürdü
Eye

İsmayıllıda "Toyota" markalı avtomobil sərxoş piyadanı vuraraq öldürüb.



Bu barədə Bakupost.az -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.



Hadisə axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb. Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.



İlkin araşdırma zamanı piyadanın sərxoş olduğu müəyyən edilib.



Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar