Ru
14:06 / 23 Yanvar 2023

"Şlyapa Zahid”in dəhşətli əməlləri: hərbçilərimizi evində fəhlə kimi işlədib

6873
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin cinayət işi ilə bağlı məhkəmə araşdırması başlayır.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, ittihama görə, Zahid Niftəliyev N saylı hərbi hissədə gizir kimi xidmət edən Elsevər Niftəliyevlə əlbir olaraq ayrı-ayrı hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ordu sıralarından ehtiyata buraxılmasını təşkil və təmin etməyə görə onlardan müxtəlif məbləğlərdə rüşvət alıb.


Zahid Niftəliyev görəcəyi işlərdə onlara Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun köməklik edəcəyini deyib.

Qeyd olunub ki, onunla Nəcməddin Sadıkov arasında dostluq münasibətləri 1-ci Qarabağ müharibəsi zamanı yaranıb. Onlar birlikdə xidmət edib, sonralar isə yaxın dost olublar. Nəcməddin Sadıkov Baş qərargah rəisi olduqdan sonra Zahid Niftəliyevi nazirliyin bütün rəhbər işçilərinə yaxın dostu kimi təqdim ediyi, Zahid Niftəliyevin sözünün onun sözü olduğunu elan etdiyi bildirilir.

Zahid Niftəliyev bir neçə hərbçidən ümumilikdə 40 min manat rüşvət almaqda ittiham olunur.

Bundan başqa, Zahid Niftəliyev 2018-ci ildə N saylı hərbi hissənin beş nəfər hərbi qulluqçusunu qanunsuz olaraq Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən evində fəhlə işlədib.

Hərbi qulluqçular 15 gün ərzində hər gün səhər saat 08.00-dan axşam saat 20.00 kimi, heç bir ödəniş almadan fərdi yaşayış evinin qarşısındakı həyətyanı sahənin betonlanmasını və mozaika daşları ilə döşənməsini həyata keçiriblər.

Qeyd olunan əməllərə görə, Zahid Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 341.1 ( rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Hərbi Məhkəmənin qərarı ilə Zahid Niftəliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Zahid Niftəliyev verilmiş ittihamlarla özünü təqsirli bilməyib.

Cinayət işi araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Zahid Niftəliyev Müdafiə nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunur. O, “Şlyapa Zahid” kimi tanınır.


Şərhlər
  • Elsever Nifteliyev

    Elsever Nifteliyev menem, bu cinayetin üstün açan menem, ama cinayet mecellesinde rüşvet veren şexs könüllü melumat verdikde cinayetden azad olunur. Ama burda verilen xeberler çoxu yalandir.

  • Elcanli.

    Pulu var, iceridede yaxshi yashayacaq, idi, podkonvoy her gun getirib Baki kucelerini supurtmek lazimdir. Sinqapurda belelerini o gune salirlar ki, axiri el qinagina dozmeyib, intihar edirler.

  • Veteran

    Bu ünsürə ov iti adı verilsə daha məntiqli olar.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər