Ru
23:45 / 26 Noyabr 2026

Şöbə rəisi təyin olunan Əminə İsgəndərli kimdir - DOSYE

Şöbə rəisi təyin olunan Əminə İsgəndərli kimdir -  DOSYE
Eye

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində yeni təyinat baş tutub.


"Bakupost" Yurd.Media-ya istinadla müvafiq əmrlə İsgəndərli Əminə Rahib qızı Baş İdarənin Transfer qiymətlərinə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

O, bu vəzifəyə qədər 2025-ci ilin dekabrından həmin şöbədə baş dövlət vergi müfəttişi kimi çalışıb. 2022-ci ilin sentyabrından 2025-ci ilin noyabrınadək isə Milli Gəlirlər Baş İdarəsində vergi auditoru olub və xüsusi vergi rejimli müəssisələrin auditini həyata keçirib.

O, 2019-cu ilin martından 2022-ci ilin avqustunadək Bakı şəhəri üzrə Operativ vergi nəzarətinin və uçotun təşkili baş idarəsinin vergi ödəyicilərinə xidmət mərkəzində çalışıb. Həmin dövrdə əvvəlcə dövlət vergi müfəttişi, 2021-ci ilin iyunundan isə baş dövlət vergi müfəttişi vəzifəsini tutub.

Əminə İsgəndərli əmək fəaliyyətinə özəl sektorda başlayıb. 2018-ci ilin sentyabrından 2019-cu ilin martınadək “Nexia Azerbaijan” şirkətində kiçik vergi məsləhətçisi, həmin ilin fevral-iyun aylarında “Grant Thornton Azerbaijan” şirkətində audit üzrə təcrübəçi olub. 2017-ci ilin aprelindən iyulunadək “AzSIĞORTA” ASC-də Biznesin İnkişafı departamentində təcrübə keçib. 2016-cı ilin avqust-sentyabr aylarında isə Azərbaycan Sənaye Sığorta Şirkətində mühasibatlıq üzrə təcrübəçi kimi fəaliyyət göstərib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar