Ru
16:34 / 18 Yanvar 2023

Son sutkada 6 nəfər koronavirusdan öldü - Statistika

Son sutkada 6 nəfər koronavirusdan öldü - Statistika
Eye

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakupost.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 001 nəfər müalicə olunaraq sağalıb, hazırda 464 aktiv xəstə var. Bu günə qədər 10 060 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 851, bu günə qədər isə ümumilikdə 7 464 270 test icra olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar