Ru
12:38 / 23 İyul 2022

Statistika naminə məni korona etdilər - Jurnalistdən İDDİA - VİDEO

12259
Tanınmış jurnalist Məhəmmədəli Qəribli “Referans” klinikasını məhkəməyə verir.


Bakupost.az xəbər verir ki, bu barədə M.Qəribli sosial şəbəkə hesabında paylaşım edib.


Jurnalist iddia edib ki, “Referans” koronavirusla bağlı götürülən testlərdə saxtakarlıq edir, statistika naminə nəticəni pozitiv çıxarır:


“Bildiyiniz kimi, 200-ə yaxın jurnalistin Şuşaya səfəri təşkil olunmuşdu. Səfər təyyarə ilə reallaşacağı üçün iştirakçılardan korona testi tələb olunurdu. Mən heç zaman koronavirusa yoluxmamışam, 3 dəfə peyvənd olunmuşam. Dünən də özümü çox yaxşı hiss edirdim. Milli Mətbuat günündə MEDİA-dan zəng gəldi ki, tədbirdə iştirakla bağlı təyyarəyə bilet almaq üçün test verməlisiniz.


Test vermək üçün “Referans” klinikasına getdim, orada adam yox idi. Korona testi verməyə gəldiyimi dedikdə təəccübləndilər, hətta sevindilər. 58 manat pul ödədim ki, nəticəni təcili versinlər. 3 saat sonra nəticəniz pozitivdir, deyə cavab gəldi. Özümdə heç bir əlamət hiss etmirdim, əzginlik, istilik heç nə yox idi. Həmin klinikaya geri qayıtdım. Dedilər, xeyr, istəyirsiniz pul verin, yenə yoxlatdırın. Artıq adım sistemdə idi, evdən çıxıb, haradasa test verə bilməzdim. Bunlar statistikanın artmasında maraqlıdırlar!


Daha sonra maraqlandım, məsləhət gördülər ki, aptekdə çox etibarlı bir test var, onu alıb yoxla. Mən onu aldırıb, yoxladım və nəticə neqativ çıxdı”.


Şikayətçi “Referans” klinikasını məhkəmə verəcəyini deyib:

“”Referans” statistika naminə məni aldadıb. Bu gün başqa klinikaya getsəm, sistemdə adım olduğu üçün məcburi nəticəni yenə pozitiv edəcəklər. Buradan Səhiyyə nazirliyinə, aidiyyəti qurumlara müraciət edirəm.

Əminəm ki, korona deyiləm. Hələ də nə bir dərman, nə bir sahə həkimi yanıma gəlməyib. Hanı səhiyyə!?”


Daha ətraflı videoda:




Aygün
BakuPost


Şərhlər
  • t.ədalət

    Ölkədə yiyəsizlik baş alıb gedir.Ancaq deputat Sadiq Qurbanovun,deyəsən,bundan xəbəri yoxdur.Çünki onun yazılarında bir özgə dəm-dəsgah var.Guya,Azərbaycan cənnətdir..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər