Ru
14:57 / 07 Fevral 2023

Suriyada zəlzələdə ölənlərin sayı 1 500-ü ötdü - Yenilənib

3068

Suriyadakı zəlzələ nəticəsində həlak olanların sayı 1 500-ü keçib.


Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Suriyadakı nümayəndə heyətinin rəhbəri Mads Brinç Hansen bildirib.

O qeyd edib ki, hadisə nəticəsində 3 548 nəfər yaralanıb və 175 bina uçub.

Məlumata görə, həmçinin ən azı 4 min ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, dünən, fevralın 6-da Türkiyədə qeydə alınan 7,4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.



***

09:19


Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1444-ə çatıb.


Bakupost.az xəbər verir ki, təbii fəlakət nəticəsində ölkədə su böhranı daha da kəskin hal alıb.

Xatırladaq ki, ən son məlumatda Suriyada 1060 nəfərin həlak olduğu bildirilirdi.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər