Ru
09:43 / 13 Mart 2023

Sürücü sükan arxasında öldü, maşını piyadaların üstünə çıxdı - FOTO

29994
Bu gecə Bakıda ağır yol qəzası baş verib.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, saat 00:15 radələrində Nizami rayonu, Babək prospekti 23/23 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Qazıbəyov Elçin Aydın oğlunun idarə etdiyi “Honda” markalı avtomobil yola çıxaraq səkidəki insanlara və ağaca çırpılıb.

Nəticədə yol kənarında olan piyadalar: Rzayev Emil Elmar oğlu, Vəliyev Vəli Bəxtiyar oğlu, Abdullayev Rəşad Mübariz oğlu və Şeydayev Abdul Yaqub oğlu xəsarət alıb. Elçin Qazıbəyov isə hadisə yerində ölüb.

İlkin araşdırma zamanı E.Qazıbəyovun sükan arxasında ürəktutmadan ölməsi və bu səbəbdən avtomobilin qəzaya uğraması məlum olub.

Qeyd edək ki, Elçin Qazıbəyov Naxçıvan şəhər Polis İdarəsinin rəisi polis polkovniki Eldar Qazıbəyovun qohumudur. O, özü də əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb.

Fakla bağlı Nizami RPİ-də araşdırma aparılır.
Sürücü sükan arxasında öldü, maşını piyadaların üstünə çıxdı -  FOTO
Sürücü sükan arxasında öldü, maşını piyadaların üstünə çıxdı -  FOTO
Sürücü sükan arxasında öldü, maşını piyadaların üstünə çıxdı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər