Ru
00:43 / 29 İyun 2024

Sus kəndində məktəb fəaliyyətə başlayacaq?

1996
Gələcək tədris ilində Laçının Sus kəndində məktəbin fəaliyyətə başlaması gözlənilir.

Bakupost.az xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Albina Abduraxmanova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Bugünədək minə yaxın ev və yaşayış kompleksi bərpa edilib və tikilib.

"Gənclər Laçın rayonunun dirçəldilməsində önəmli rol oynayır", - deyə o, əlavə edib.
Qeyd edək ki, Laçın rayonunda Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Laçın Könüllüləri” qrupuna qeydiyyat başlanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər