Ötən gün vəfat edən “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov Babək prospektinin qutaracağındakı Yeni Günəşli qəbiristanlığnda dəfn ediləcək.
Bu barədə
Bakupost.az -a Tağı Əhmədovun yaxınları bildiriblər.
Dəfn mərasiminin bu gün saat 12:00-da keçiriləcəyi gözlənilir.
T.Əhmədov ötən gün uzun sürən xəstəlikdən vəfat edib.
Qeyd edək ki, Tağı Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.