Ru
11:35 / 01 İyul 2024

Taksi xidmətində yeni qaydalar: qiymətlər necədir? - Açıqlama

3276
Bu gündən Nazirlər Kabinetinin taksilərlə bağlı tələbləri qüvvəyə minib.

Bakupost.az xəbər verir ki, yeni tələblərə əsasən, 1 iyul 2024-cü ildən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartlara uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

Bəs, yeni qaydaların tətbiqindən sonra taksi xidmətlərində vəziyyət necədir?




Bakupost.az -ın sualını cavablandıran nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bununla bağlı ən azı bir həftə gözləmək lazım olduğunu bildirib.


Onun sözlərinə görə, taksilər yenə xidmətdədir, amma qiymətlər kəskin bahalaşıb:


“Hələ ki, biz şəhərdə taksiləri görürük və çağırışa da gəlirlər. Amma qiymətlər yüksəkdir. Ötən ilin yayı ilə müqayisədə qiymət təxminən yüz faizdən çox yüksəlib. Bu sahədə vəziyyətin necə olacağıyla bağlı bir həftə sonra nəsə demək olar”.


Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər