Ru
16:12 / 17 Noyabr 2022

Tanınmış jurnalistin vəziyyəti ağırlaşdı

Tanınmış jurnalistin vəziyyəti ağırlaşdı
Eye

Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədlinin vəziyyəti pisləşib.

Bakupost.az xəbər verir ki, o, hazırda Respublika Klinik Xəstəxanasında müalicə alır.

S. Məmmədli şəkərli diabet və kəskin ürək çatışmazlığından əziyyət çəkir.


Həkimlər vəziyyətin ciddi olduğunu desələr də, problemi müalicə ilə aradan qaldıra biləcəklərinə əmindirlər.

Qeyd edək ki, dünən Lent.az-ın rəhbərliyi xəstəxanada S.Məmmədlinin həkimləri ilə görüşüb. Onların sözlərinə görə, bir sıra prosedurlar və ciddi nəzarətdən sonra jurnalist bu problemləri geridə qoya bilər. Bu gün onu daha bir tibb professoru müayinə edib. Özünün dediyinə görə, professor müalicə prosesindən daha ümidli danışıb.



Şərhlər
  • t.ədalət

    Axı,Səbuhi Məmmədli hökumətin nəzarətində idi.Onun müalicəsi ilə həmişə dövlət məşğul olub.Səbuhinin adına ilk təsadüf etməyim Naxçıvanda sərhəd məftillərinin sökülməsi ilə bağlı sovet sərhədçilərinin törətdiyi təxribatlardan başladı.O zamanlar,hiss olunurdu ki,bu oğlanla rus kəşfiyyatını hansısa tellər bağlayır.Amma QRU öz əməkdaşlarını həmişə xoşbəxt eləmir.Ancaq Murad Köhnəqalanın bəxti gətirdi.Gec də olsa Azərbaycan hakimiyyəti onun hansısa xidmətini mənzillə mükafatlandırdı.Muraddan başqa hansısa şairə hansısa deputatın xahişini nəzərə alıb ona mənzil verməyiblər.Hətta bizim sevimli müəllimimiz ,riyaziyyat müəllimi Şirməmməd Hüseynovun da şöhrətinə səbəb ,heç də bacanağı Ziya Yusifzadəyə görə deyil,SİTA-nın xüsusi müxbiri kimi hansısa məqsədlər üçün Türkiyəyə getməsi oldu.Ondan sonra Bakı dövlət universitetinə gəlib "dəvət qoç-qoç dəvət" erməni qəzətinin tərifinə elmi iş yazıb professor oldu.Bəli,hələlik verilən bütün mükafatlar və adlar vaxtı ilə rus imperiyasına edilən xidmətə görə edilir.Azərbaycan ziyalıları qədər rus imperiyasına casusluq edən ikinci bir ölkə ziyalıları yoxdur.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar