Ru
18:00 / 10 Avqust 2022

Taxıl böhranını yaradan əsas amil sanksiyalardır - Ekspert

2622
“Hazırda dünya ərzaq bazarında, xüsusən də taxıl bazarında bahalaşma müşahidə olunur. Qlobal taxıl böhranını yaradan əsas amillərdən biri də Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardır”.


Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.


Ekspert bildirib ki, Ukrayna taxılının dünya bazarına çıxarılması ilə bağlı Rusiya, Türkiyə və Ukrayna arasında davam edən danışıqların müsbət nəticələri qısa müddətdə müəyyən problemlərin aradan qaldırılmasına töhfə verə bilər.




Lakin problemin uzunmüddətli və daha dayanıqlı həlli üçün Rusiyada mövcud olan, dünya bazarına çıxarılması nəzərdə tutulan taxılın ixracı istiqamətində məqsədyönlü iş aparılmalıdır:


“Bu gün Rusiya taxıl ixrac edən aparıcı ölkələrdən biridir. Dünya bazarının Rusiya taxılına böyük ehtiyacı var. Bu səbəbdən təkcə Ukraynanın deyil, ilk növbədə Rusiya taxılının dünya bazarına çıxarılması mexanizmləri üzərində düşünmək lazımdır”.


İqtisadçı qeyd edib ki, inflyasiya ilə mübarizə üçün mərkəzi banklar tərəfindən faiz dərəcələrinin artırılması vəziyyəti daha da çətinləşdirir. Bu halda sahibkarlıq subyektlərinə ciddi ziyan dəyir və qloballaşmanın gətirdiyi mənfi təsir bütün dünyaya yayılır:


“Səmərəsiz iqtisadi idarəetmə modeli taxılın qiymətinin aşağı düşməsinə təsir göstərmir. Əksinə, yaranan iqtisadi problemlər fonunda qiymətlərin daha da artmasına səbəb olur. Dərinləşən iqtisadi böhranı dəf etmək üçün sanksiyalar və diktə etmək cəhdlərinə deyil, konstruktiv dialoq və əməkdaşlığa üstünlük verilməlidir”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər