Ru
11:53 / 16 Mart 2023

"Test üsulu savadlı insan yetişdirmir, dəyişdirilməlidir" - Millət vəkili

14800
“Ali məktəblərə qəbulda tətbiq edilən test üsulu heç bir halda uzunmüddətli və toxunulmaz formada qalmamalıdır. Ali məktəblərə qəbulun sadə forması tapılmalıdır. Mövcud qaydalara dəyişiklik edilməlidir. Əsas diqqət isə qəbula deyil, məktəbi bitirməyə yönəlməlidir”.


Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.


O qeyd edib ki, bu gün hazırlığa getməyən şagird məktəbi rahatlıqla tamamlaya, attestat ala bilmir:


“Tətbiq edilən test üsulu predmet haqqında geniş dünyagörüşünə sahib insan yetişdirmir, istər-istəməz, əzbərçilik çərçivəsinin içinə yönləndirir. Cavabları variantların birində göstərilən test forması savadlı insan yetişdirə bilməz. Savad yalnız konkret sahəyə aid biliklərə yiyələnmək deyil, həm də fikrin ifadəsidir, dolğun yazılı təsviridir, ümumi elmi dünyagörüşüdür. Ona görə də ən yüksək balla daxil olmuş insanların əksəriyyəti normal esse yaza bilmir, mütailə vərdişinə sahib deyil və nəticədə də tam yetkin mütəxəssis kimi yetişməkdə çətinlik çəkir.​ Test üsulu ilə universitetə qəbul olan gənclərin çoxu bədii ədəbiyyat oxumur. Gənclər arasında kütləvi bir tənbəlləşmə aurası görürəm və bu məni çox üzür”.

Sevinc
BakuPost
Şərhlər
  • t.ədalət

    Düzdür,test üsulu da rüşvəti tam aradan qaldırmayıb.Ancaq,heç olmasa kasıb uşaqları texniki ixtisaslara bir təhər yol tapırlar.Azərbaycanda nəfsi təmiz olan müəllim tapmaq,uşaqları onlara etibar etmək müşkül məsələdir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər