Ru
11:48 / 26 Sentyabr 2022

Tovuzda nazirliyin işçisi faciəvi şəkildə öldü

2197
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fugimasiya Mərkəzinin traktorçusu bədbəxt hadisə nəticəsində ölüb.

Bakupost.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də Tovuzun Hacallı kəndində baş verib. Mərkəzin əməkdaşı, 1972-ci il təvəllüdlü Asif Şamilov ərazidə saxlanılan traktorun qəfil hərəkətə başlayaraq yoxuşdan üzüaşağı getdiyini görüb. O, özünü yetirərək traktoru saxlamağa çalışıb.

Lakin bu zaman ehtiyatsızlıqdan traktorun altına düşərək ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılsa da, 50 yaşlı kişini xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər