Ru
09:41 / 27 Yanvar 2022

Tüfeyli həyat tərzi keçirən kişi yanaraq öldü - Tovuzdakı yanğının təfərrüatı

1870

Tovuz şəhərində ki, ticarət mərkəzində ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.


Bakupost.az xəbər verir ki, "Report"un məlumatına görə, həmin ərazidə yanmış meyiti aşkarlanan 62 yaşlı Ələkbər Ələkbərov tüfeyli həyat tərzi yaşayan biri olub. O, orada gecələyib və isinmək üçün ocaq qalayıb. İçki düşkünü də olduğu bildirilən şəxs elə qaladığı ocağ səbəbindən yaranmış yanğında yanaraq dünyasını dəyişib.


Qeyd edək ki, Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 kvadratmetr olan bir otağında məişət tullantıları 3 kvadratmetr sahədə yanıb. Ə.Ələkbərovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən ərazidə aparılan kəşfiyyat zamanı aşkarlanıb.


Onun meyiti adiyyəti üzrə təhvil verilib.


***

08:44


Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 m² olan bir otağında məişət tullantıları 3 m² sahədə yanıb.


Bu barədə Bakupost.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər