Ru
20:12 / 26 Noyabr 2026

Tramp Çindəki görüşdə Putinə nə dediyini ilk dəfə açıqladı

Tramp Çindəki görüşdə Putinə nə dediyini ilk dəfə açıqladı
Eye

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Çində keçirdiyi görüşlər zamanı onu Avropa ərazilərinə qarşı hərbi təcavüzü dayandırmağa və Ukrayna ilə müharibənin başa çatdırılması barədə mümkün qədər tez razılığa gəlməyə çağırdığını bildirib.


"Bakupost" xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, danışıqların əhəmiyyətli hissəsini hərbi əməliyyatların dayandırılmasının zəruriliyi məsələsinə həsr edib. Tramp hesab edir ki, Rusiya və Ukrayna mümkün qədər tez sülh sazişinə nail olmalıdırlar.

"Mən həqiqətən inanıram ki, buna nail olmaq tamamilə mümkündür. Hər ay minlərlə insan həlak olur. Bu, əsl qanlı qırğındır və müharibənin başa çatması hamı üçün böyük bir hədiyyə olacaq!", - deyə Tramp yazıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar