ABŞ Prezidenti Donald Tramp Kanadanın "Qızıl günbəz" (Golden Dome) adlı müdafiə sisteminə pulsuz şəkildə qoşulması müqabilində ölkəsinin ABŞ-nin 51-ci ştatı olması təklifini "dəyərləndirdiyini" bildirib.
Bakupost.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib:
""Qızıl günbəz" sisteminin bir hissəsi olmağı çox istəyən Kanadaya dedim ki, əgər ayrıca, bərabər olmayan bir millət olaraq qalmaq istəsələr, bu, onlara 61 milyard dollara başa gələcək. Amma 51-ci ştatımız olsalar, bu xərcləri sıfıra endirəcəyik."
Tramp əlavə edib ki, Kanada bu təklifi hazırda dəyərləndirir.
Aysel,
BakuPost