Ru
22:50 / 29 Oktyabr 2024

Trampın keçmiş müşaviri həbsxanadan çıxdı

Trampın keçmiş müşaviri həbsxanadan çıxdı
Eye

ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşaviri və onun ilk seçki kampaniyasının rəhbəri olmuş Stiven Bennon azadlığa buraxılıb.

Bakupost.az xəbər verir ki, bu barədə CNN məlumatlı mənbəyə istinadən bildirib.

Bennon, 2021-ci ildə Kapitoliya hücumu ilə bağlı istintaq çərçivəsində ifadə verməkdən imtina və Konqresə hörmətsizlik etdiyi üçün iyul ayından həbsdə idi.

Konnektikut ştatının Danberi şəhərindəki həbsxanadan çıxarkən Bennonu qızı Morin qarşılayıb. Günün sonunda onun efirə çıxacağı gözlənilir. CNN qeyd edib ki, Bennon Trampın tərəfdarı olaraq qalır və o, prezident seçkilərindən bir həftə əvvəl azad edilib.

"Federal həbsxanada 4 ay nəinki məni sındırmadı, əksinə qətiyyət verdi", - o, islah müəssisəsinin qarşısında toplaşan jurnalistlərə bildirib.

Bennon bu il iyulun 1-də Ali Məhkəmə onun apelyasiya şikayəti verərilənədək cəzasının çəkilməsinin təxirə salınması tələbini rədd etdikdən sonra həbsxanaya göndərilib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar