Tarixində ilk dəfə 100 türk lirəsi həddini aşaraq rekord qıran dizel yanacağının qiymətində kəskin ucuzlaşma qeydə alınıb.
“Bakupost” xəbər verir ki, qəbul edilən yeni qərara əsasən, dizel yanacağının litr qiymətinə 4,09 TL endirim tətbiq olunub. Atılan bu addımdan sonra ölkə üzrə dizelin qiyməti yenidən 100 TL psixoloji həddinin altına enib.
Qiymətlərin geriləməsi beynəlxalq neft bazarındakı dalğalanmalar və valyuta məzənnəsindəki son dəyişikliklərlə əlaqələndirilir.