Ru
22:01 / 02 Sentyabr 2024

Türkiyədə amerikalı əsgərin başına torba keçirdilər - VİDEO

Türkiyədə amerikalı əsgərin başına torba keçirdilər - VİDEO
Eye

İzmirdə Türkiyə Gənclər Birliyinin fəalları USS Wasp desant gəmisindən düşən Amerika əsgərini saxlayıb və başına torba keçiriblər.

Bakupost.az xəbər verir ki, Amerika aviadaşıyıcısı regiona İsraili müdafiə etmək üçün gəlibmiş və müvəqqəti olaraq İzmirdəki limana yaxınlaşıbmış.

"Aydlnlıq" qəzetinin yazdığına görə, Türkiyə polisi hadisə ilə əlaqədar 13 nəfəri, o cümlədən TGB-nin rəhbəri Kayahan Çetini saxlayıb.

ABŞ-ın Türkiyədəki səfirliyi isə İzmirdə amerikalı əsgərə hücum faktını təsdiqləyib: "Əsgər hazırda təhlükəsiz yerdədir. Biz Türkiyə hökumətinə hadisəyə operativ reaksiyasına və faktla bağlı araşdırmaya başladığına görə təşəkkür edirik".


Zaur, BakuPOST





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar