Ru
11:02 / 05 May 2025

Türkiyədə xərçəngdən müalicə olunan jurnalist Bakıya qayıtdı

Türkiyədə xərçəngdən müalicə olunan jurnalist  Bakıya qayıtdı
Eye

Xərçəng xəstəliyilə əlaqədar Türkiyədə müalicə olunan jurnalist Azər Rəşidoğlu Bakıya qayıdıb.

Bakupost.az xəbər verir ki, bu barədə onun özü bildirib.

“Uzunmüddətli müayinə və müalicədən sonra Türkiyədən Bakıya döndüm. İki həftəyə yəqin ki, yenidən - bu dəfə qısamüddətli- Türkiyəyə gedəcəm. İlk mərhələ uğurlu oldu, ən müxtəlif analizlərin verilməsi və müalicənin başlanması vaxt apardı. Dövlətimiz sağ olsun, məni yalnız buraxmır”, - jurnalist qeyd edib.

A.Rəşidoğlu onun səhhətilə maraqlanan hər kəsə təşəkkür edib.

Xatırladaq ki, jurnalistin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar