Ru
10:48 / 05 May 2025

Deport edilən deputat Moskvaya kimlərlə gedib?

Deport edilən deputat Moskvaya kimlərlə gedib?
Eye

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. Sözügedən səfər Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib.

Bakupost.az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə əlaqədar Abşeron RİH ilə əlaqə saxlayıb. Qurumdan sorğumuza cavabda qeyd edilib ki, Azər Badamovdan başqa, Elman Nəsirov da həmin nümayəndə heyətinin tərkibində olub.

Həmkarından fərqli olaraq, Elman Nəsirovun Rusiyaya girişinə icazə verilib.

Aeroportda saxlanılaraq Bakıya qayıtmalı olan Azər Badamov isə hələ ki heç bir açıqlama verməyib.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün açıqlama yayaraq Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğunu bildirib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar