Ru
10:09 / 05 May 2025

Şəhid atası Daşkəsəndə itkin düşdü - FOTO

Şəhid atası Daşkəsəndə itkin düşdü - FOTO
Eye

Daşkəsənin Bayan kənd sakini itkin düşüb.

Bakupost.az xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşan, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu mayın 4-də saat kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, lakin evə qayıtmayıb.

O, sonuncu dəfə saat 17:00 radələrində qızı ilə əlaqə saxlayib və meşədə olduğunu bildirib. Daha sonra ondan xəbər almaq mümkün olmayıb.

Qeyd edək ki, K.Abdullayev 44 günlük Vətən müharibəsində şəhid olan Şəhriyar Abdullayevin atasıdır. Hazırda onun axtarışları davam etdirilir.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar