Ru
13:58 / 05 May 2025

Bakı Funikulyoru bu gün PULSUZDUR

Bakı Funikulyoru bu gün PULSUZDUR
Eye

Bu gün Azərbaycanda yeganə olan Bakı Funikulyorunun 65 yaşı tamam olur. Funikulyor 5 may 1960-cı ildə istifadəyə verilib. O tanınmış dövlət xadimi, Əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. SSRİ dövründə xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib.

Funikulyorun 2 stansiyası var: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”. Bu nəqliyyat vasitəsi saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malikdir.

Bakupost.az xəbər verir ki, modern.az-a açıqlamasında Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov bildirib. Onun sözlərinə görə, Bakı Funikulyorunun 65 illiyi münasibətilə bu gün saat 17:00-a qədər xidmətdən istifadə ödənişsiz olacaq.

Qeyd edək ki, Funikulyordan ödəniş məbləği hər istiqamət üzrə 1 manat təşkil edir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar