DeepState monitorinq qrupunun 5 may tarixli məlumatına görə, Rusiya qüvvələri Vorona çayını keçərək Zelyoneo Pole yaxınlığında bir yolu ələ keçirib və Zaporojye vilayətində Novodarivkadan Donetskdəki Vilne Poleyədək 46 hücum həyata keçirib. Bu hücumlar nəticəsində müəyyən taktiki irəliləyiş əldə olunub. Rusiya qoşunları üç cəbhədə - Novosilkanın cənubunda, Zelyoneo Pole və Vilne Pole istiqamətində, həmçinin Novopil yaxınlığında hücumlarını davam etdiriblər.
Bakupost.az DeepState-in analitiklərinə istinadən xəbər verir ki, Rusiya qüvvələri azı 46 hücum əməliyyatı həyata keçirib. Bu hücumlarda iki piyada bölməsi və 70-dən çox motosiklet dəstəyi iştirak edib. Düşmənin itkiləri dəqiqləşdirilir, məlumata əsasən, 90 Rusiya əsgəri həlak olub, azı 45 nəfər yaralanıb.
"Novodarivkanın şərqində vəziyyət ağırdır. Düşmən burada taktiki uğur əldə edib və bir neçə meşə zolağını tutub," – analitiklər qeyd ediblər. Onlar əlavə ediblər ki, ruslar Vorona çayını keçərək Zelyoneo Pole yaxınlığındakı yol boyunca möhkəmlənə biliblər. Daha əvvəl, 4 may tarixində DeepState xəritəni yeniləyərək rusların Zelyoneo Poleni ələ keçirdiyini və Nove ilə Novomıxaylivka yaxınlığında irəlilədiyini bildirib.
Elmina Qasımova,
BakuPost