Ru
10:05 / 28 Oktyabr 2026

Akif Beybutov vəfat etdi

Akif Beybutov vəfat etdi
Eye

Dağıstan Vəkillər Palatasının prezidenti, Rusiya Federal Vəkillər Palatasının (FPA) vitse-prezidenti Akif Beybutov vəfat edib.

"Bakupost" lent.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Vəkillər Palatasının Telegram kanalında məlumat verilib.

Akif Beybutov 60 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1966-cı ildə Azərbaycanın Qusar şəhərində anadan olub. 2011-ci ilin dekabrında Dağıstan Vəkillər Palatasının vitse-prezidenti, 2014-cü ilin noyabrında isə prezidenti seçilib.

2022-ci ildən Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti vəzifəsində çalışıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar