Bakıda marketdə müştərinin əlindən yerə düşən pulun başqa bir qadın tərəfindən gizlicə götürülməsi təhlükəsizlik kameralarına düşüb.
“Bakupost” xəbər verir ki, hadisə Bülbül prospektində yerləşən “Bravo” marketlərindən birində baş verib.
Yayılan görüntülərdə qadının kartına pul yükləyərkən əlindəki 50 manatın yerə düşdüyü görünür. Bunu görən yaxınlıqdakı digər qadın isə pulu ayağı ilə kənara çəkərək götürüb və ərazidən uzaqlaşıb.
Lalə, BakuPost