Ru
11:21 / 28 Oktyabr 2026

İstiliyin verilmə vaxtını bina sakinləri seçə bilər – Yeni təklif

İstiliyin verilmə vaxtını bina sakinləri seçə bilər  – Yeni təklif
Eye

Azərbaycanda istilik mövsümünün konkret tarixlərlə məhdudlaşdırılması hər il müzakirə mövzusuna çevrilir. Mövcud qaydalara əsasən, ölkənin əksər ərazilərində istilik mövsümü noyabrın 15-də başlayır və aprelin 15-də başa çatır. Dağlıq və dağətəyi əraziləri əhatə edən 14 rayonda isə istilik noyabrın 1-dən mayın 1-dək verilir. Hava şəraiti müəyyən edilmiş normadan kəskin fərqləndikdə istiliyin verilmə müddətinin uzadılmasına az da olsa rast gəlinib. Son illərdə temperatur dəyişikliklərinin daha fərqli xarakter alması mövsümün başlanma və bitmə tarixlərinin hava şəraitinə uyğunlaşdırılması məsələsini yenidən gündəmə gətirir.
Bəs havanın temperaturunun ildən-ilə dəyişdiyi bir şəraitdə istilik mövsümünün konkret tarixlərlə məhdudlaşdırılması nə dərəcədə məqsədəuyğundur? Niyə Sovetdən qalmış bu sistemdən imtina edilmir?

"Bakupost" xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşüb.

Ekspertin sözlərinə görə, istilik mövsümünün konkret tarixlər əsasında müəyyənləşdirilməsi Sovet dövründən qalan yanaşmadır.

“Bunu Sovet vaxtı mövsümlə əlaqələndirirdilər. İndi mövsümün ayarları da dəyişib, hava şəraitində dəyişikliklər baş verib. Ona görə də istilik mövsümünün başlanması və sonlandırılması belə kütləvi şəkildə olmamalıdır. Binaların avtonom istilik sistemləri ilə təmin olunması yönündə müəyyən addımların atılmasına çalışmaq lazımdır. Bu, bina sakinlərinin özlərinin qərarı ilə baş versə, daha məntiqli olar. Yəni bunun mərkəzləşdirilmiş yox, avtonom şəkildə bir idarəetmə sisteminə çevrilməsi yönündə müəyyən addımların atılmasına ehtiyac var”, – deyə o bildirib.

Şərhlər
  • Dəxi

    Tam yetəri və əminlik ölçü parametri olmadığı halda qabaqcıl-optimal dünya təcrübəsinə əsaslanmaq olar. Normal hava temperaturu isti fəsillərdə arzu olunanan 18 və maksimum 24 dərəcədir. Soyuq aylar üçün isə azı 18 dərəcədən yüksək istilik temperaturu və ya regional səhiyyənin də mövqeyi vacibdir!

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar