İtaliya Baş naziri Corciya Meloni Ukraynaya yardımın 13-cü paketinin göndərilməsini 10 aydır ləngidir. Yardımın göndərilməsi ilə bağlı qərarın noyabrın 3-də ABŞ Konqresinə aralıq seçkilər keçirilənədək təxirə salındığı ehtimal edilir.
"Bakupost" xəbər verir ki, bu barədə “Il Giornale” məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ-nin siyasi təqvimi İtaliya üçün yeni istiqamətverici amilə çevrilir. Bununla belə, ABŞ seçkilərinin hansı nəticəsinin qərarın qəbuluna kömək edə biləcəyi məlum deyil. Həmçinin qərarın seçkilərdən dərhal sonra qəbul edilib-edilməyəcəyi də aydın deyil.
“La Repubblica” bundan əvvəl bildirmişdi ki, yardımın 10 ay gecikməsinin əsas səbəblərindən biri İtaliya hökuməti daxilindəki açıq fikir ayrılıqlarıdır. Hakim koalisiyaya daxil olan “Liqa” Partiyası Ukraynaya silah göndərilməsinə qarşıdır.
Corciya Meloni, xarici işlər naziri Antonio Tacani və müdafiə naziri Quido Krozetto Romanın Kiyevə dəstəyini davam etdirəcəyini mütəmadi olaraq bəyan etsə də, getdikcə yardımın böyük hissəsi humanitar xarakter alır.