Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən uşaq bağçasının qapı və pəncərələri sındırılıb.
"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, hadisəni törədən Vətən müharibəsinin qazisi Hüseynalı Dünyaməliyev polis tərəfindən saxlanılıb.
Məlumata görə, onun tələbi həyat yoldaşının həmin bağçaya işə götürülməsi olub.
Faktla bağlı araşdırma aparılır.