Ru
09:18 / 28 Oktyabr 2026

"Azərbaycana ixrac edilən böyük təhlükə..."

"Azərbaycana ixrac edilən böyük təhlükə..."
Eye

Azərbaycan Prezidenti İlham Əliyev baş verən prosesləri açıq formada ümumiləşdirdi. Doğrudan da bu gün silahla müharibəyə ehtiyac yoxdur. Artıq beyinlərin, düşüncələrin müharibəsi gedir.

"Bakupost" xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycana ixrac edilən radikal ideologiya ilə ölkəmizə müdaxilə cəhdləri edilir:

“Hesab edirəm ki, bu, çox təhlükəlidir. Ölkə rəhbəri bu ideoloji mübarizə formalarına hazır olmağımızın vacibliyini önə çəkdi. Xalq olaraq bir olmaq, həmrəy olmaq, bu proseslərə öz mövqeyimizi bildirmək, düzgün addımlar atmaq və səylər göstərmək vacibdir.

Bu baxımdan, məsələ xüsusi önəm daşıyır və bu gün diqqətdə saxlanılmalıdır”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar