Ru
17:53 / 05 May 2025

İsrail nazirləri “Qəzza Zolağını tam ələ keçirmək” planını təsdiqlədi

İsrail nazirləri “Qəzza Zolağını tam ələ keçirmək” planını təsdiqlədi
Eye

Rəsmi şəxslər Associated Press-ə bildiriblər ki, bu plan, hərbçilərin qeyri-müəyyən müddətdə Qəzzada qalmasını nəzərdə tutur.

Bakupost.az xəbər verir ki, bu barədə "The Guardian" bildirir.

İki rəsmi şəxsin verdiyi məlumata əsasən, plan bu gün təsdiqlənib və İsrailin Həmas üzərində təzyiqi artırmaq, girovları azad etməyə məcbur etmək və İsrailin şərtləri ilə atəşkəs razılığı əldə etmək səylərinin bir hissəsidir.
Plan həmçinin yüz minlərlə fələstinlini Cənubi Qəzzaya köçürməyi də nəzərdə tutur. Rəsmi şəxslər hərbi planlarla bağlı danışdıqları üçün anonimliklərini qoruyublar.

Elmina Qasımova,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar