“Zəngəzur dəhlizi Ermənistan, İran və bütün bölgə ölkələri üçün faydalıdır. Eyni zamanda Paşinyan anlamalıdır ki, Azərbaycanla sülh sazişi imzalanmayana qədər Türkiyə ilə də münasibətlərin normallaşması mümkün olmayacaq. Ermənistan sülh sazişi imzalamadan Türkiyə ilə əlaqələri bərpa etməyə çalışsa da, alınmayacaq. Çünki Türkiyə rəsmilərinin qəti mövqeyi ondan ibarətdir ki, Azərbaycanlasülh sazişi imzalanmayana qədər Ermənistanla heç bir əlaqə qurula bilməz. Ona görə də Paşinyan üçün indi manevr imkanları var”.
O bildirib ki, Türkiyənin siyasəti, İran prezidentinin Azərbaycana yaxınlığı və digər amillər diktə edir ki, Paşinyan bir qədər tələssin. Eyni zamanda burada Rusiya amili də mövcuddur: “Qərbin ciddi nəşrləri yazır ki, Rusiya-Ukrayna məsələsində sakitlik yaransa, atəşkəs olsa, Moskva diqqəti başqa bölgələrə, o cümlədən Cənubi Qafqaza yönəldəcək. Bu də bölgə və ümumilikdə Ermənistan üçün yaxşı heç nə vəd etmir”.
Sevinc,
BakuPost