Ru
12:32 / 07 Fevral 2023

Türkiyədəki zəlzələ ilə bağlı yardım toplama məntəqəsi yaradıldı

Türkiyədəki zəlzələ ilə bağlı yardım toplama məntəqəsi yaradıldı
Eye

Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycanda yardım toplama məntəqəsi yaradılıb.

Bakupost.az xəbər verir ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.

Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar