Ru
10:55 / 07 Fevral 2023

Türkiyəyə yardım üçün fond yaradılsın – İş adamlarından müraciət

Türkiyəyə yardım üçün fond yaradılsın – İş adamlarından müraciət
Eye

Azərbaycanda Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə yardım etmək istəyənlərin sayı artır.

Bununla əlaqədar dünəndən bir neçə iş adamı Bakupost.az -a müraciət ediblər.

Onların bildirdiyinə görə, zəlzələ nəticəsində zərərçəkənlərə maddi yardım etmək istəsələr də, bunun üçün hara müraciət etmək lazım olduğunu bilmirlər:

"Əgər Türkiyədə köməksiz vəziyyətdə qalan insanlara yardımla bağlı müvafiq fond yaradılsa, biz ora vəsait köçürə bilərik. Azərbaycanda bu məsələ ilə bağlı rəsmi təşəbbüsün olması yerinə düşərdi".

Məsələ ilə bağlı Bakupost.az Azərbaycanın Türkiyədəki səfirliyini və digər aidiyyəti qurumları məlumatlandırıb.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar