Ru
17:40 / 24 İyun 2024

Üç ayda iki irimiqyaslı terror aktı: Putinin nüfuzu sarsıldı - CNN

1321
Rusiyada üç ay ərzində baş verən iki irimiqyaslı terror aktından sonra nəhəng ölkədə nizam-intizamı təmin etməyə qarant olan Vladimir Putinin siyasi lider kimi reputasiyası sarsıldı.

Bakupost.az xəbər verir ki, bu barədə CNN-in materialında bildirilir.

Nəşr qeyd edir ki, zorakılığın artması etnik gərginliyin yenidən canlandığı bir vaxta təsadüf edir. Etnik gərginlik isə həm Putinin Ukraynaya qarşı müharibəsinin, həm də Yaxın Şərqdə münaqişənin davam etdiyi bir vaxtda Rusiya ordusunun sıralarını gücləndirmək istəyi ilə bağlıdır:

"Rusiya hakimiyyəti xaotik toqquşmalarda ən azı 20 nəfərin yaralandığını, 60 nəfərin saxlanıldığını bildirib. Sosial mediada yayılan bir neçə videoda hava limanında və uçuş-enmə zolağında insan izdihamının olduğu, insanların bəzilərinin Fələstin bayrağını dalğalandırdığı, digərlərinin isə beynəlxalq terminalın bağlı qapılarını itələdiyi əks olunub".

"Məzhəblərarası zorakılıq Rusiya lideri Putinin "çox-çox narahat olduğu bir şeydir" - Moskva media bürosunun keçmiş rəhbəri Cill Doqerti bazar günü Dağıstanda baş verən hücumlar haqda danışarkən deyib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər