Ru
17:23 / 11 May 2022

Üç ayda səkkiz rusiyalı oliqarxın müəmmalı ölümü: altısı intihar etdi... - FOTO

1043
Son üç ayda səkkiz rusiyalı oliqarx müəmmalı şəkildə dünyasını dəyişib. Ölənlərin əksəriyyəti Rusiyanın neft və təbii qaz sektorunda yüksək vəzifəli şəxslər olub.

Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, bu ölümlərin Rusiyanın Ukraynaya qarşı müharibə apardığı və dünya gücləri ilə qarşı-qarşıya qaldığı bir vaxtda baş verməsi şübhələri artırıb.

Aprelin 19-da İspaniyanın Lyoret de Mar şəhərində İspaniya polisi rusiyalı oliqarx Sergey Protosenya və onun həyat yoldaşı ilə qızının cəsədlərini tapıb. Protosenyanın əvvəlcə həyat yoldaşını və qızını boğduğunu, daha sonra özünü villanın bağçasında asdığını düşünən polis daha sonra başqa ehtimalları gündəmə gətirib.

Bu hadisədən cəmi bir gün əvvəl rusiyalı multimilyarder Vladislav Avayev 13 yaşlı qızı və həyat yoldaşı ilə birlikdə Moskvadakı dəbdəbəli evində ölü tapılıblar. Avayevin əvvəlcə həyat yoldaşını və qızını öldürdüyü, daha sonra tapança ilə intihar etdiyi bildirilib. Avayev və Protosenya Rusiyada qaz və neft biznesi ilə məşğul olurdular.

Bu ilin yanvarında, Rusiya Ukraynaya hücumlara başlamazdan əvvəl dünyaca məşhur “Qazprom”un aparıcı rəhbərləri sırasında olan 60 yaşlı Leonid Şulmanın da bir ay sonra müəmmalı şəkildə intihar etdiyi açıqlanıb. 25 fevral 2022-ci ildə Aleksandr Tyulyakovun Sankt-Peterburqda özünü asaraq intihar etdiyi məlum olub. Tyulyakov Rusiya enerji şirkətinin direktorlarından idi.

Onun ölümündən cəmi üç gün sonra Ukraynada doğulmuş, eyni zamanda neft və qaz maqnatı olan Mixail Uotford İngiltərənin Surrey şəhərindəki malikanəsində asılmış vəziyyətdə tapılıb.

Martın 24-də tibbi ləvazimatlar istehsal edən nəhəng “MedStom” şirkətinin meneceri Vasili Melnikov həyat yoldaşı və uşaqları ilə birlikdə milyard dollarlıq evində ölü tapıldı və bu da intihar adlandırıldı.

Mayın 2-də Putinin qonaqlarını qəbul etdiyi Soçidəki xizək kurortunun direktoru Andrey Krokovskinin qayalıqdan yıxılaraq həlak olduğu bildirildi.



Andrey Krokovski

Ötən gün başqa bir oliqarxın ölümü baş verib. Rusiyanın ikinci ən böyük neft istehsalçısı “Lukoyl”un keçmiş icraçı direktoru, 43 yaşlı milyarder Aleksandr Subbotin Rusiyanın Mıtişşi şəhərində bir şamanın evində ölü tapılıb. Bildirilib ki, Subbotin şamanın evinə “içkidən sonrakı narahatlığı müalicə etmək üçün tərkibində qurbağa zəhəri olan psixi stimullaşdırıcı” almaq məqsədilə gedib.



Aleksandr Subbotin



Sergey Protosenya: Onun 400 milyon avro civarında sərvətinin olduğu bildirilir.

Mixail Uotford: Onun 20-25 milyon dollar arasında sərvətinin olduğu bildirilir.



Vladislav Avayev: Onun aktivlərinin ümumi həcmi barədə dəqiq məlumat yoxdur.

Leonid Şulman: Onun aktivləri barədə dəqiq məlumat yoxdur.



Aleksandr Tyulyakov: Onun 25 milyon dollar sərvətinin olduğu güman edilir.

Vasili Melnikov: Onun aktivləri ilə bağlı dəqiq rəqəm yoxdur.

Mənbə: Akşam
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər