Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:36 / 22 Noyabr 2024

Üçüncü dünya mübaribəsinə hazırlıq: 3 ölkə hərəkətə keçdi - FOTOLAR

4295
Noyabrın 18-dən İsveçdə evlərə "Əgər böhran və ya müharibə olarsa" adlı broşür göndərilir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq 5,2 milyondan çox evə bu cür broşürlər çatdırılıb.

İsveç İcma Təhlükəsizliyi və Hazırlıq Agentliyi (MSB) tərəfindən hazırlanan və ölkə vətəndaşlarına çatdırılan büroşürləri ingilis dilində sifariş etmək və ya Agentliyinin MSB.se saytından bir neçə fərqli dildə yükləmək də mümkündür.

32 səhifəlik kitabçada milyonlarla isveçliyə gözlənilməz müharibə və ya digər böhran vəziyyətlərinə necə hazırlaşmaqla bağlı tövsiyələr əksini tapıb. Qeyd olunur ki, altı il əvvəlki 2018-ci il nəşrinə nisbətən hazırda paylanan kitabçanın həcmi iki dəfə artırılıb. Bu artımın səbəbi son günlər Rusiya-Ukrayna cəbhəsində baş verənlərlə əlaqələndirilir.

Sosial təminat və hazırlıq orqanı bildirib ki, dünyada vəziyyət xeyli pisləşib. Xaricidə müharibə gedir, ekstremal hava şəraiti getdikcə mürəkkəbləşir. Terror təhdidləri, kiberhücumlar və aldadıcı məlumatlar insanlara təsir etmək və zərər vermək üçün istifadə olunur. Buna görə də, hər kəs nə baş verəcəyi, hər şeydən əvvəl özünün və yaxınlarının təhlükəsizliyini artırmaq üçün nə etməli olduğunu bilməsi vacibdir.

Yeni broşüra daha çox sahələri əhatə edir. O, müharibəyə hazırlığa daha çox diqqət yetirir və yüksək hərbi hazırlıq vəziyyətində necə hərəkət etmək barədə tövsiyələr verir. Broşürdə xəbərdarlıq sistemləri, hərbi hücum zamanı müdafiə, evakuasiya zamanı vətəndaşların özləri ilə nə götürməli olduğu haqqında məlumat verilir.

Kitabçalarda həmçinin işıq və su olmayacaq vəziyyətlər üçün su ehtiyatı görmək, işıq fənəri, batareyalar əldə etmək, konserv və digər qida məsulları, tibbi ləvazimatlardan ibarət çanta hazırlamaq, nağd pul saxlamaq və s. təvsiyyə olunur.

"Böhran və ya müharibə olarsa" broşürunun noyabrın 29-na qədər bütün İsveç sakinlərinin poçt qutularına göndərilməsi planlaşdırılır. Vətəndaşlara bildirilir ki, əgər broşüra almayıblarsa, o zaman onu msb.se saytından pulsuz sifariş edə bilərlər.

BBC-nin məlumatına görə, qonşu Finlandiyada da internet üzərindən vətəndaşlar üçün "Hadisələr və böhranlara hazırlıq" adlı bələdçi yayımlanıb.

Həmçinin Norveç əhalisi də müharibə, ekstremal hava şəraiti və digər təhdidlərə qarşı təkbaşına bir həftə ərzində necə mübarizə aparmaqla bağlı tövsiyələri əks etdirən broşürlər alıblar.

Rəhman Mirzəlizadə, Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar