Ru
10:40 / 30 Avqust 2024

Ukrayna Rusiyanın daha bir şəhərinə hücum etdi

Ukrayna Rusiyanın daha bir şəhərinə hücum etdi
Eye

Ukrayna Silahlı Qüvvələri avqustun 30-da səhər saatlarında Kaluqaya hücum edib.

Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa məlumat verib.

“Kaluqa şəhərinin kənarında hava hücumundan müdafiə qüvvələri dörd PUA-nı məhv edib. Dağıntı yerlərində əməliyyat qrupları işləyir”,- deyə o, teleqram kanalında yazıb.

Kaluqa ilə yanaşı, Bryansk və Belqorod vilayətləri, həmçinin işğal olunmuş Krım da hücuma məruz qalıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Bryansk vilayəti üzərində səmada 11, Belqorod vilayəti üzərində 1, Krım üzərində 2 pilotsuz təyyarə vurulub.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar