Ru
11:29 / 30 Sentyabr 2022

Ukraynadan Putinə daha bir "sürpriz" - Rus ordusu mühasirədə - Şərh

2208
"Liman qələbəsi Putinin bugünkü bayramına Ukrayna tərəfindən yaxşı "hədiyyə"dir".

Bakupost.xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli sosial media hesabında Ukrayna ordusunun Liman şəhərini mühasirəyə alması ilə bağlı paylaşımnda bildirib.

Politoloq qeyd edib ki, Ukrayna ordusu dünən axşam Liman şəhərinin mühasirəsini tamamlayıb:




"Liman Donetsk vilayətinin şimalında yerləşən mühüm dəmir yolu qovşağıdır. Xarkovdakı fiaskodan sonra Rusiya komandanlığı bu istiqamətdə müdafiə xətti qurub, oranı saxlamağa çalışırdı. Rus "Telegram" kanalları şəhərdə Rusiyanın 20-ci ordusunun bölmələrinin, BARS xüsusi təyinatlı dəstəsinin və "LNR" qüvvələrinin təcrid vəziyyətində qaldığını xəbər verirlər. Rusiya qüvvələri yaxınlıqdakı Yampol qəsəbəsini (dəmir yolu stansiyası) isə tərk edib".

Ş.Cəfərli bildirib ki, bu məntəqənin azad olunmasından sonra Svatovo-Rubejnoye xətti üzrə Luqansk vilayətinə hücum başlayacaq:

"Luqansk Rusiyanın ilhaq etməyə hazırlaşdığı bölgələr içərisində demək olar ki, 100 faizə yaxın ərazisi işğal olunmuş yeganə vilayətdir. Məsələn, Donetsk vilayətinin təxminən 50%-i, Zaporojyenin təxminən 40%-i, Xersonun təxminən 15%-i Ukraynanın nəzarətindədir. ABŞ Senatı dünən Ukraynaya 12,4 milyard dollar yardım ayrılmasını təsdiqlədi. Bu miqdarın 7,8 milyardı hərbi məqsədlər üçün xərclənəcək. Bundan əlavə, ABŞ Cənubi Koreyadan 3 milyard dollarlıq silah-sursat alıb, Ukraynaya göndərəcək. Bu qərarlar "Lend-Liz"in işə düşməsi deməkdir. Daha bir mühüm qərar ondan ibarətdir ki, Pentaqon Ukrayna üzrə ayrıca komandanlıq yaradacaq. Ukraynaya hərbi yardımları, Ukrayna əsgərlərinə təlim verilməsini və digər məsələləri general rütbəli hərbçinin rəhbərliyi ilə bu komandanlıq koordinasiya edəcək. Başqa sözlə desək, Ukrayna müharibəsinin lazımi nəticə ilə sona çatdırılmasına bu komandanlıq məsul olacaq".

Fərid
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər