Rusiya Hərbi Dəniz Donanmasının Qara Dəniz Donanması Komandanının birinci müavini , vitse-admiral İldar Ferdinadoviç Axmerovun Ukrayna MN-i tərəfindən Krımda zərərsizləşdirildiyi iddia olunur.
Bakupost.az xəbər verir ki, bu barədə "Nyus Teleqraf" Rusiya Teleqram kanallarına istinadla məlumat yayıb.
Bildirilir ki, ruslar Teleqram kanallarında qisas çağırışları edirlər.
Maraqlıdır ki, ötən gün yarımadada irimiqyaslı partlayışlar baş verib.
Ukrayna tərəfi vitse-admiralın öldürüldüyü ilə bağlı iddiaları təsdiq və ya təkzib etməyib.
Qeyd edək ki, İldar Ferdinadoviç Axmerov 2024-cü ildən Rusiya Hərbi Dəniz Donanmasının Qara Dəniz Donanması Komandanının birinci müavini vəzifəsinu icra edir.
Aygün,
BakuPost