Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:41 / 11 İyul 2024

Ukraynaya daha bir dəstək - 40 milyarddan çox hərbi yardım

1528
ABŞ-nin ev sahibliyi etdiyi NATO-nun 75-ci ildönümü ilə əlaqədar keçirilən zirvə toplantısında Alyans Ukraynaya 40 milyard dollardan çox yardım göstərməyi öhdəsinə götürüb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, sammitdə gələn il Hollandiyada keçiriləcək sammitdən sonra növbəti sammitin Türkiyədə keçirilməsinə qərar verilib.

Zirvə toplantısında 32 üzv ölkə Ukraynanın gələcəkdə NATO-ya üzv olması üçün dönməz yola qədəm qoyduğu ilə bağlı ortaq mövqe sərgiləsə də, üzvlük üçün heç bir tarix təyin olunmayıb.

İttifaq həmçinin gələn il Ukraynaya ilk dəfə Amerika F-16 qırıcıları da daxil olmaqla təxminən 43,3 milyard dollar hərbi yardım vəd edib.

"Bizim Ukraynaya dəstəyimiz xeyriyyə aksiyası deyil. Biz bunu öz təhlükəsizliyimiz üçün edirik", - NATO-nun baş katibi Yens Stoltenberq bildirib.


ABŞ dövlət katibi Antoni Blinken Amerika istehsalı olan F-16 döyüş təyyarələrinin Danimarka və Hollandiyadan Ukraynaya göndərilməsi ilə bağlı prosesin başladığını və təyyarələrin bu yay istifadəyə veriləcəyini açıqlayıb.


Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar