Ru
21:30 / 21 İyun 2024

Uşaq bağçasında 105 min manatlıq yeyinti - Cinayət işi başlandı

1346
Uşaq bağçasında baş vermiş külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Şəki rayon prokurorluğu məlumat yayıb.

Məlumata görə, Şəki şəhər 16 saylı uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı həmin uşaq bağçasının direktoru tərəfindən 2019-2023-cü illər ərzində öz qulluq mövqeyindən istifadə edilməklə ona etibar edilmiş 105 min manat məbləğində pul vəsaitinin müxtəlif yollarla mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər