Qazaxıstanda V Dünya Köçəri Oyunları müvəffəqiyyətlə davam edir.
Bakupost.az xəbər verir ki, Astana şəhərində keçirilən festivalın proqramı çox zəngindir. Dünyanın 89 ölkəsindən 3000-ə yaxın iştirakçıının qatıldığı Dünya Köçəri Oyunlarında təkcə idman yarışları deyil, eyni zamanda sənətkalar, idmançılar, mədəniyyət və incəsənət sahəsinin yetirmələri öz bilik və bacarıqlarını, məharətlərini nümayiş etdirirlər.
V Dünya Köçəri Oyunlarına eyni zamanda türk dünyasının tarixini araşdıran alimlər və araşdırmaçılar da qatılıblar.
Qazaxıstan Milli Muzeyində “Köçərilər: tarix, bilgi və dərslər” adlı beynəlxalq elmi praktik konfransda bu ölkənin Elm və Təhsil naziri Sayasat Nurbek, Turizm və İdman naziri Mırzabosınov eləcə də, UNESCO-nun İCNCAP layihəsi üzrə Baş direktoru Jisung Kim, Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktotı Raimkulova və bir sıra dövlət rəsmiləri də iştirak edirlər.
Konfransda “Tarix və mədəniyyət”, “Türklərin ümümi irsi”, “Mərkəzi Asiya köçərilərinin qidaları”, “Ənənvi köçəri musiqiləri”, “Böyük Çölün qadınları” və digər maraqlı mövzular ətrafında mühazirələr dinlənildi.
Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktotı Raumkulova öz çıxışında rəhbərlik etdiyi Fonda üzv ölkələrin ümumtürk tarixinə verdiyi töhfələrdən danışdı. Eyni zamanda baş ofisin yerləşdiyi Bakının da bu ümumi mədəniyyətə və birliyə gətirdiyi yeniliklər və gələcəkdə ümumi türk mədəniyyətinin daha da inkişaf etməsi üçün birgə görüləcək işlər barədə öz fikirlərini bildirdi. ABŞ-dan gələn 3D İnstutunun direktoru Mark Hall Mərkəzi Asiyadakı köçəri xalqların mədəniyyətinin, Amerikada yaşayan çoxsaylı xalqların mədəniyyətinə oxşar olduğunu, çöl mədəniyyətinə sahib olan insanların azadlıq ruhunun bir-birinə yaxınlığını söylədi.
Konfransda qazaxıstanlı alim, siyasi elmlər namizədi Jaksılık Sabitov, Azərbaycanın qocaman diplomatı, tarix elmləri doktoru Həsən Həsənov da çıxış ediblər.
V Dünya Köçəri Oyunları tədbirləri çərçivəsində keçirilən “Köçərilər: tarix, bilgi və dərslər” adlı beynəlxalq elmi konfrans 11 sentyabra kimi davam edəcək. Beynəlxalq elmi konfransda 12 ölkədən –Qazaxıstan, Azərbaycan, Belarus, Böyük Britaniya, Çin, Cənubi Koreya, Qırğızıstan, ABŞ, Türkiyə, Özbəkistan və Fransadan 75 alim və mütəxəsis iştirak edir.