Ru
19:42 / 15 Avqust 2024

Vəfat edən əsgərimizin atası və qardaşı müharibə iştirakçısı imiş

Vəfat edən əsgərimizin atası və qardaşı müharibə iştirakçısı imiş
Eye

Xəbər verdiyimiz kimi, Daxili Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sərxan Qurbanov xəstəlikdən vəfat edib.

Bakupost.az -ın Modern.az-a istinadla məlumatına görə, vəfat edən hərbi qulluqçu Xaçmaz rayonundandır.

Onun atası və qardaşı eyni vaxtda Vətən müharibəsində savaşıb.

Atası Nəriman Qurbanov Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində iştirak edib. O, 2001-2021-ci illərdə hərbi xidmətdə olub. O, baş gizir kimi Zəngilanın, Xocavəndin azad edilməsi uğurunda döyüşlərin iştirakçısı olub və bir sıra medallarla təltif olunur.

Sərxan Qurbanovun qardaşı Orxan Qurbanov da İkinci Qarabağ müharibəsində döyüşüb. O, "Şuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar