Ru
19:36 / 08 May 2024

Viskidən zəhərlənmə iddialarına istehsalçıdan CAVAB

1324
Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə bağlı xəbərlərə həmin içkini hazırlayan istehsalçı tərəfindən reaksiya verilib.

Bakupost.az xəbər verir ki, istehsalçı “Abşeron-Şərab” ASC-nin idarə heyətinin sədri Xəlil İsmayılov Oxu.Az-a açıqlamasında müəssisənin 20 ildən artıq fəaliyyət göstərdiyini və bu vaxta kimi hər hansısa zəhərlənmə faktının qeydə alınmadığını bildirib:

“15 ildir biz bu içkinin həm Azərbaycanın daxilində satışını həyata keçiririk, həm də xarici ölkələrə ixrac edirik. Biz bu içkini Belarus, Qazaxıstan, Rusiya kimi ölkələrə satırıq. Həmin viski müəyyən müsabiqələrdə təltif olunub. AQTA-dan (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) sertifikatmız var. Bu günə kimi belə problemlə rastlaşmamışıq. Biz mediadan oxuyuruq ki, hadisəyə səbəb psixotrop maddələr olub. Bizim müəssisənin adının çəkilməsi imicimizə xələl gətirib. Müştərilərimiz bundan təşvişə düşüblər.

Akkreditasiyadan keçmiş labaratoriyamız var. Hər gün istehsal etdiyimiz məhsullar orada analizlərdən keçirilir. Bu vaxta kimi bizim içkini kimsə içib zəhərlənməyib, bu, ola da bilməz”, - deyə o bildirib.

Qeyd edək ki, AQTA bununla bağlı məlumat yayıb və bildirib ki, hadisənin qida zəhərlənməsi ilə bağlı heç bir əlaqəsi yoxdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər