Ru
08:34 / 26 Avqust 2026

Xalq artistinin villası satışa çıxarıldı - VİDEO

Xalq artistinin villası satışa çıxarıldı - VİDEO
Eye

Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanıda yerləşən villası satışa çıxarılıb.

"Bakupost" xəbər verir ki, bununla bağlı elan sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, bağ evi 1 milyon 150 min manata satışa təklif olunur.

Qeyd olunub ki, 20 sot ərazidə inşa edilən villanın ümumi sahəsi 650 kvadratmetrdir. Ev 10 otaqdan ibarətdir.

Xatırladaq ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəst-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.

O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.

Mərhum sənətkar Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb.

O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Lalə, Bakupost


Şərhlər
  • Elmar

    Bu satılan bağ nə zamansa Avtandilin olub, hal-hazırda onun sahibi başqa birisodir, iş adamıdır, bağı aldıqdan sonra əsaslı olaraq yenidən qurub, bir müddət keçdikdən sonra satışa çıxarıb, hələ ötən il çıxarıb, indi yox.

  • İsmayılov Azər

    Çox baha deyirsüz.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar