Sumqayıt şəhər sakini Reyhan Səlimova 1993-cü ildə min bir əziyyətlə aldığı 3 otaqlı mənzilə 32 ildir daxil ola bilmir. Səbəb həmin mənzildə keçmiş məcburi köçkünlərin məskunlaşmasıdır.
Bakupost.az xəbər verir ki, R.Səlimova həmin il həyat yoldaşı ilə birgə yeni aldıqları mənzilə köçməyə hazırlaşarkən gözlənilməz vəziyyətlə qarşılaşıb.
O, Sumqayıt şəhərində yerləşən evinə gəldikdə, mənzildə Zəngilan rayonundan olan Cabbarovlar ailəsinin məskunlaşdığını görüb.
R.Səlimovanın sözlərinə görə, 3 uşaqla birlikdə mənzilə yerləşən ailə uzun illər orada yaşamaqda davam edib. Həmin gündən etibarən R.Səlimova kirayələrdə və qohum evində yaşamağa məcbur olub. 1996-cı ildə isə həyat yoldaşını itirib və iki övladını təkbaşına böyüdüb. Hazırda xərçəng xəstəliyindən əziyyət çəkən qadın nə kirayə haqqını, nə də müalicə xərclərini ödəyə bildiyini deyir.
Onun sözlərinə görə, tək mülkiyyəti olan mənzili satmaq istəyir, lakin orada qalmaqda israrlı olan keçmiş məcburi köçkün ailəsi buna imkan vermir.
“İki körpə uşaqla kirayədə qalırıq. Gedəcək başqa yerimiz yoxdur. Qalmışıq küçələrdə. Dəfələrlə gedib xahiş etdim ki, heç olmasa, evin bir otağında qalım, buna da icazə vermədilər” - deyə R. Səlimova bildirir.
Mövzu ilə bağlı daha ətraflı Real TV-nin hazırladığı süjetdə:
Lalə, BakuPost