Ru
16:19 / 08 İyul 2024

Xəstəlik təhlükəsi: "Ölkəyə gələn bütün geyimlər yoxlanılmalıdır"

1929

“İkici əl geyimlərin insan sağlamlığı üçün ziyanı olub-olmaması məsələsi həmin geyimin kim tərəfindən istifadə olunmasından daha çox onun tərkibi ilə bağlıdır. Çox təəssüf ki, bu gün üçüncü ölkələrdən Azərbaycana bu cür geyimlər daxil olur. Onların bəzilərində istifadə olunan tekstil materialları isə orqanizm üçün ziyanlıdır”.



Bunu Bakupost.az -a açıqlamasında professor Adil Qeybulla deyib.

O, birinci və ikinci əl geyimlər olmasından asılı olmayaraq, ölkəyə daxil olan geyim və ayaqqabıların hamısının yoxlanmasının vacib olduğunu bildirib:

“Bunların nə dərəcədə radiaktivliyi, ziyanı var, bu, yoxlanmalıdır. İkinci əl geyimlərin yuyulması, kimyəvi təmizləmə mərkəzlərində təmizlənib istifadə olunması daha yaxşı olardı. Ümumiyyətlə, bəzi məhsullar var, yaxşı olar ki, onlar alınandan sonra yuyulub geyilsin”.
Qeyd edək ki, ölkəmizə əsasən, Hollandiyadan gətirilən ikinci əl geyimlərin gigiyenik baxımdan təhlükəli olduğu haqqında xəbərlər yayılır. Buna baxmayaraq, ikinci əl geyimlərə təlabat hər il artmaqdadır.

Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər